Ukrayna polisi Xerson vilayətinin “Veliki Kopani” topdansatış bazarında qanunsuz miqrantlara qarşı reyd keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, reyd “Miqrant” adlı əməliyyat çərçivəsində baş tutub.
Əməliyyat zamanı 9 Azərbaycan vətəndaşı da saxlanılıb. Onlar inzibati qaydada cərimə edildikdən sonra deportasiya olunacaqlar.