Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin əsgərləri terrorçuların hücumuna məruz qalıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hücum nəticəsində Türkiyə Ordusunun iki əsgəri şəhid olub, üçü isə yaralanıb.
Məlumatda hücuma məruz qalan hərbçilərin bölgədə axtarış-təmizləmə əməliyyatları həyata keçirdikləri göstərilir.