44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, hərbi qulluqçunun meyitinin qalıqları Cəbrayılda aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 663-yə çatıb.