
Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür.
“Armenpress” xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan deyib.
Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.
Hazırda bunun üçün heç bir texniki maneənin olmadığını bildirən Xudatyan hələlik konkret vaxt çərçivələrinin müəyyən edilmədiyini də söyləyib.