Rusiya Türkiyəyə xəbərdarlıq etdi: “VƏZİYYƏT OLDUQCA TƏHLÜKƏLİDİR”

“Türk Axını” qaz kəmərinin Avropa hissəsinə edilən hücumlarla bağlı vəziyyət son dərəcə təhlükəlidir”.

 

“Teleqraf” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

 

Kremlin sözçüsü Serbiyada qaz boru kəmərindən bir neçə yüz metr aralıda partlayıcı maddələr və detonatorların tapılmasına şərh verərkən bildirib: “Vəziyyət potensial olaraq çox təhlükəlidir. Həm “Türk Axını”, həm də “Mavi Axın” infrastrukturunun müxtəlif hissələri dəfələrlə hücuma məruz qalıb, onlara Kiyev rejimi (Ukrayna hakimiyyətini nəzərdə tutur – red.) tərəfindən hücum edilib”.

 

Peskov ümid edir ki, Ankara Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Türk Axını” və “Mavi Axın”na hücumların qəbuledilməzliyini çatdırıb.

 

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Budapeşt və Belqradın Avropa ərazisindəki qaz boru kəmərlərinə təhlükəni minimuma endirmək üçün tədbirlər görəcəyinə ümid edir.

 

“Həmçinin ümid edirik ki, Ankarada Zelenski ilə son təmaslar zamanı ona boru kəmərlərinin infrastrukturuna qarşı bu cür aqressiv hərəkətlərin qəbuledilməzliyi barədə məlumat verilib”, - Peskov əlavə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.