
Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarının ikinci günü başa çatıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, görüş iki saata yaxın davam edib.
Danışıqların yekunlarına görə, Rusiya tərəfi mətbuata açıqlama verməyi planlaşdırıb. Həmçinin bildirilib ki, görüşün mümkün nəticələrindən biri yeni əsir mübadiləsi ola bilər.
**12:41
Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarının ikinci günü başlayıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov məlumat verib.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə bu ölkənin Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edirlər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidəki üçtərəfli danışıqların ilk gününü konstruktiv və kifayət qədər məzmunlu adlandırıb.