
Rusiya Daxili İşlər Nazirliyi 290 min əcnəbi vətəndaşın ölkəyə girişini qadağan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbəri, polis generalı Vladimir Kolokoltsev deyib.
O qeyd edib ki, 290 min əcnəbinin Rusiyaya girişi 3 ildən 10 ilədək müddətə qadağan olunub və bu göstərici ötənilki rəqəmi iki dəfə üstələyib.