Moskva NATO qarşısında postsovet ölkələri ilə bağlı TƏLƏB QOYDU
FOTO

Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü Rusiya nümayəndə heyəti NATO ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiqini tələb edib. Moskvanın tələblərinə Alyansın gələcək genişlənməsindən imtina edilməsi, 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdə hərbi mövcudluğun azaldılması, Ukrayna və postsovet məkanının digər dövlətləri ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması daxildir.

 

Bu barədə “RBK-Ukrayna” müzakirə iştirakçılarına istinadla məlumat yayıb.

 

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu tələbləri Moskvaya “təhlükəsizlik təminatları”nın verilməsi zərurəti ilə əsaslandırıb. Moskvanın iddiasına görə, söhbət Avropanın təhlükəsizlik arxitekturasına dair təkliflərdən gedir. Putin bu təklifləri hələ 2022-ci ilin qışında ABŞ-nin o zamankı prezidenti Co Baydenlə görüşdə irəli sürməyə çalışmışdı. 


Əbu-Dabidəki görüşdən əvvəl “The Telegraph” yazmışdı ki, Putin BƏƏ-dəki danışıqları NATO-nu şərqə doğru genişlənməkdən imtina etməyə və Alyansın əsas infrastrukturunu 1997-ci il sərhədlərinə qaytarmağa məcbur etmək imkanı kimi qiymətləndirir. 

Moskva oxşar şərtləri 2021-ci ilin dekabrında, Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl də NATO-ya təqdim etmişdi. Həmin vaxt Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Alyansı Rusiyanı sıxışdırmaqda və onu tabe mövqeyə salmağa çalışmaqda ittiham edərək, NATO-dan əşyalarını toplayıb getməyi tələb etmişdi.

 

“The Telegraph”ın mənbələri vurğulamışdı ki, bu cür şərtlər Şimali Atlantika Alyansı üçün qəbuledilməzdir. 1997-ci il sərhədlərinə qayıdış NATO-nun hazırkı 32 üzv dövlətindən ən azı 16-sında Alyansın qoşunlarının və silahlarının çıxarılmasını nəzərdə tutur. Bunlara Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvləri, Baltikyanı ölkələr, keçmiş Yuqoslaviyanın altı respublikasından dördü, həmçinin Albaniya, Finlandiya və İsveç daxildir.

 

ABŞ nümayəndə heyəti isə Putinə hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya Şimali Atlantika Müqaviləsinin müvafiq maddələrinə bənzər təhlükəsizlik təminatlarının verilməsinə razılıq verməyi təklif edib.

 

Xatırladaq ki, Əbu-Dabidə noyabrın 10-da başlayan üçtərəfli danışıqlar bu gün başa çatıb. Görüşün təfərrüatları açıqlanmayıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.