Astarada mikroavtobus aşdı, 16 nəfər xəsarət aldı
YENİLƏNİB, FOTO

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Senzor.az bildirir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda qeydə alınıb.

Belə ki, Deqədi-Astara marşrut xətti üzrə sərnişin daşıyan “Mercedes” markalı  mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan 20 sərnişindən 16-sı xəsarət alıb.

Onlar Astara və Lənkəran rayonlarının Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. 

**

Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb...

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”, - məlumatda qeyd edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırıb.

***

Son məlumata görə, qəzada xəsarət alan 16 nəfərdən 4-ü bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları ilə Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfər isə tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.