
Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə dair Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların ilk mərhələsi başa çatıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Danışıqlar sabah, noyabrın 11-də davam edəcək.
Danışıqların ilk gününün nəticələri barədə heç bir məlumat verilməyib.
Əbu-Dabidəki danışıqların əsas prioritetləri hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik zəmanətləri, Ukraynanın iqtisadi bərpası və inkişafı, humanitar tədbirlərdir.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
ABŞ Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə təmsil olunur.(Bax: https://www.youtube.com/watch?v=CDV5TR10zr8)