
Bu gün Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi baș verib.
Senzor.az bildirir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında belə deyilir.
“1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.
***
Mina partlayışı hadisəsi zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlunun sol əli bilək nahiyəsindən amputasiya olunub. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.