Ərdoğan COP31-də dünyaya çağırış etdi: İKİ SEÇİMİMİZ VAR...
VİDEO

Qlobal istiləşmə, bioloji müxtəlifliyin azalması, təbii ehtiyatların həddindən artıq istismarı, ərzaq təhlükəsizliyinə təhdidlər və dağıdıcı təbiət hadisələri dövlətlərin gündəlik qarşılaşdığı problemlərə çevrilib. Türkiyə hazırda energetika, sənaye və nəqliyyatdan tutmuş kənd təsərrüfatınadək iqtisadiyyatın bütün sahələrində zərərli maddələrin emissiyasını azaltmağa çalışır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

 

Türkiyə Prezidenti, xüsusilə az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün maliyyə vəsaitlərinə, texnologiyalara və imkanlara çıxışın asanlaşdırılmasına çağırıb.

 

“Liderlər olaraq, bizim siyasi səviyyədə nümayiş etdirdiyimiz qətiyyət gənclərimiz üçün yol açacaq. Gəlin, bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirək”, – deyə o vurğulayıb.

 

Türkiyə liderinin sözlərinə görə, ölkəsinin özü də hazırda “genişmiqyaslı yaşıl transformasiya” mərhələsini yaşayır.

 

“Türkiyə inkişaf hədəflərini müəyyənləşdirərkən və enerji təhlükəsizliyini təmin edərkən, ekoloji amilləri hərtərəfli nəzərə alır. 2053-cü ilədək xalis sıfır emissiyaya nail olmaq məqsədinə uyğun şəkildə yaşıl inkişafa can atırıq”, – deyə dövlət başçısı qeyd edib.

 

Prezident Ərdoğan sammit iştirakçılarına “Sıfır tullantı” təşəbbüsünün uğurla həyata keçirilməsi barədə məlumat verib.

 

“2017-ci ildə “Sıfır tullantı” təşəbbüsünün icrasına başlanarkən Türkiyədə tullantıların təkrar emalı səviyyəsi 13 faiz təşkil edirdisə, 2025-ci ilin sonuna bu göstərici təxminən 40 faizə çatıb”, – deyə o bildirib.

 

Rəcəb Tayyib Ərdoğan ölkədə elektrikləşmənin səviyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

 

“Qarşıdakı 10 ildə elektrik enerjisi istehlakını 50 faiz artırmağı, tullantıların yaranma sürətini iki dəfə azaltmağı və sənayedə qapalı dövriyyə prinsipi əsasında istifadə olunan materialların tətbiqini genişləndirməyi planlaşdırırıq”, – deyə o qeyd edib.

 

31 il əvvəl Berlində keçirilən ilk COP toplantısından bu yana mühüm məsafə qət edildiyini xatırladan dövlət başçısı daha sonra deyib: “ Verdiyimiz sayısız qərarlar bu gün iqlim dəyişikliyi ilə mübarizə fikrini bütün bəşəriyyətin gündəminə daxil etdi. Fikir müstəvisindəki bu uğur tətbiq nöqtəsində, təəssüf ki, eyni nəticəni verə bilmədi. Halbuki Paris Sazişində müəyyən edilən hədəflərə çatmamağımız hər dəqiqə risk və xərcləri artırır. Qarşımızda iki seçim var: ya çətinliklərə baxıb şikayət edəcəyik, ya da ümidə sarılıb hərəkətə keçəcəyik”.(Bax: https://www.youtube.com/watch?v=lVrSbRGQEaU)

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.