Polşada keçirilən prezident seçkisinin ikinci turunda müxalif Hüquq və Ədalət partiyasının namizədi Karol Navroçki 50.9% səs toplayaraq qalib gəlib.
Senzor.az bildirir ki, bunu "TVP İnfo" telekanalı Respublika Dövlət Seçki Komissiyasının seçki bülletenlərinin 100 faizinin hesablanmasından əldə olunan məlumatlarına istinadən bəyan edib.
Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Trzaskovski 49.1% səs toplayıb.