Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.