İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də, 17 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə quruma məlumat daxil olmayıb.