"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın və Volodimir Zelenskinin üçtərəfli görüşü yaxın vaxtlarda çətin ki mümkün olsun, belə təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqların yekununu şərh edərkən deyib.
O qeyd edib ki, Rusiya Prezidenti dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olduğunu vurğulayıb: "Prezident Putin təmaslar ideyasını dəstəkləyir, lakin onların yaxşı hazırlanmalı olduğunu düşünür".