Hazırda ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 3-ü saat 16:00-a olan məlumatında belə deyilir.
Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Şahdağa isə qar yağması müşahidə edilir.
Oğuz rayonunun Başdaşağıl və Gədəbəyin Düzyurd kəndlərinə dolu düşüb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.