Numan Kurtulmuş yeniden TBMM sədri seçildi - VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 5 namizədin yarışdığı seçkilərdə gizli səsvermə ilə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, TBMM-in hazırkı sədri və İstanbuldan deputat Numan Kurtulmuş 329 səs toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

 

Cümhuriyyət Xalq Partiyasının (CHP) Artvindən deputatı Uğur Bayraktutan 118, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Diyarbəkirdən deputatı Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbuldan deputatı Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyası isə Samsundan deputatı Mehmet Karaman 6 səs toplayıblar.

 

Nəticələrə əsasən 11 səs etibarsız sayılıb.

 

Beləliklə, N. Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.