İkinci Qarabağ Müharibəsi zamanı ölmüş daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Senzor.az erməni KİV-lərinə istinadən bildirir ki, cəsəd Füzuli rayonunda aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ Müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 669 erməni hərbçisinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.