Rusiyanın Şimali Qafqaz bölgəsində zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 18:03-də Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 kilometr məsafədə qeydə alınan zəlzələ 4,3 bal gücündə olub.
Ocağı 15 km dərinlikdə yerləşən zəlzələ Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub.