Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bu barədə Kuleba tviterdə yazıb.
O bildirib ki, daha çox ərazini işğaldan azad etmək üçün Ukraynaya daha çox silah lazımdır.
Kuleba həmçinin Ukraynaya verdiyi sarsılmaz dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib.