İrəvan Türkiyə sərhədində keçid məntəqəsini aktivləşdirir

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsini aktivləşdirməyə hazırlaşır.


Bu barədə jurnalistlərə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan məlumat verib.


Badasyan xatırladıb ki, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin yaxın vaxtlarda açılması ilə bağlı razılıq əldə olunub.


"Biz indi digər dövlət qurumları ilə birlikdə bu sərhəd məntəqəsi ilə bağlı yekun qərar qəbul olunarsa, onu tezliklə aktivləşdirməyə hazırlaşırıq. Yəni orada müvafiq gömrük prosedurlarının həyata keçirilməsi üçün hazırlıq işləri aparırıq", - Badasyan deyib.


Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.(AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.