Sahibə Qafarova Bob Bləkmənlə görüşüb

Aprelin 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Birləşmiş Krallıq Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Spiker qonaqlara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət, ölkəmizin sülh təşəbbüsləri barədə danışıb, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu sahədə dostluq qruplarının rolunu vurğulayıb.


Bob Bləkmən ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdən, aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Qonaq Ağdam şəhərinə səfəri barədə təəssüratlarını bölüşüb, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirib, bölgədəki vəziyyət barədə fikirlərini səsləndirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.