Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində 4 hərbçisini itirib.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə Ermənistanın müdafiə nazirliyi məlumat yayıb.
Daha 6 nəfərin yaralandığı bildirilir.
Bu arada “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb ki, ölü və yaralı sayının artacağı istisna deyil. Belə ki, meyit və yaralıların bir çoxu ərazidən çıxarılmayıb.
Həmçinin vurğulanıb ki, yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.
Senzor.az