Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan vəzifəsindən azad olunub.
"Sputnik Armeniya" xəbər verir ki, bu barədə prezident Vaaqn Xaçaturyan qərar imzalayıb.
Bildirilir ki, onun işdən azad olunmasını baş nazir Nikol Paşinyan təklif edib.
A.Maralçyan bu vəzifəyə 2020-ci ilin oktyabrında təyin olunmuşdu.