Xocalı soyqırımını törədən Ermənistan bu gün həmin vəhşiliyi əsgərlərimiz üzərində nümayiş etdirir
MÜBARİZ QURBANLI

Hava şəraitinin pis olması ilə əlaqədar əsgərlərimizin Ermənistan tərəfdə olması və onların əsir götürülməsi, onlara qarışı törədilən törədilən vəhşiliklər ermənilərin və Ermənistan hakimiyyətinin növbəti dəfə simasını dünyaya bəyan elədi.


Senzor.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.


Onun sözlərinə görə, bütün bunlar əsirlərlə bağlı imzalanmış bütün beynəlxalq sənədlərə ziddir:


"Bu, birinci dəfə deyil. Xocalı kimi vəhşiliyi, soyqırımı törədən, körpələri qətlə yetirən Ermənistan bu gün həmin vəhşiliyi əsgərlərimiz üzərində bir daha nümayiş etdirir və eyni zamanda bunu kütləvi şəkildə həm öz xalqına, həm də dünyaya göstərir. Bu da o deməkdir ki, Ermənistan tərəfi bizim silahsız əsir düşmüş əsgərimizə işgəncə göstərməklə 44 günlük müharibədəki uğursuzluğunu psixiloji kompensasiya kimi təqdim etmək istəyir. Bu, qətiyyətlə pislənir. Bu cinayəto törədənlər cavab verməli olacaqlar.


Onlar hava şəraitinə görə gedib çıxıblar. Bu cür hallar baş verəndir. Ermənistanın da bu cür hallarda əsgərlərinin biz tərəfə gəlməyi və onlara olan münasibətimiz bəllidir. Bizdə bu cür hallar BQXK-nın iştirakı ilə araşdırılır. Azərbaycan beynəlxalq hüquqi normativ aktlara əməl etməklə addım atır.


Azərbaycan xalqı və cəmiyyətimiz bunu nifrətlə qınayır. Eyni zamanda bu Azərbaycan xalqında, gənclərində, əsgərlərimizdə hansısa psixoloji çəkinmə halı yarada bilməz. Bizim qalib əsgərimizin ruhunu düşmənə nifrətlə daha da yüksəldir. Ermənilər nə qədər belə cinayətlər törədəcək, sülh əleyhinə addımlar atacaqsa, özləri üçün bataqlıq sindromu yaradacaqlar. Bu, Ermənistan və onların siyasi hakimiyyəti üçün olduqca zərərli nəticələr verəcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.