Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.
ANAMA-dan Senzor.az-a verilən məlumata görə, aprelin 10-dan 15-ədək Tərtər, Ağdam, Laçın, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 23 mina və 132 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 512 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.