Aprelin 19-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Senzor.az-a Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-i paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.
Qeyd edək ki, aprelin 18-də Salyan regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib.