Aprelin 21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya kubokunun təntənəli açılış mərasimi olub.
Senzor.az bildirir ki, açılış mərasimində təmsilçiləri Dünya Kubokunda iştirak edən ölkələrin bayraqları arenanın zalına gətirilib. Azərbaycanın Dövlət himni səsləndirilib.
Qeyd üdək ki, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi dördüncü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq.
Üç gün davam edəcək mübarizədə gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.