"Togg"un digər liderlərə də çatdırılması davam edəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Çatdırılma tırlarımız artıq yollardadır. Bundan başqa, eynisini əziz qardaşım İlham Əliyevə və Özbəkistan prezidenti Şevkət Mirziyoyevə də göndərdik. Ümid edirəm ki, bu yolla digər liderlərlə də "Togg" u paylaşacağıq. "Togg" təkcə milli deyil, həm də beynəlxalq brenddir. Dünya da bunu görəcək. Hazırda "Togg"u əldə edən dostlar, qardaşlar məmnundurlar. İnanıram ki, Türkiyədə də bu maşını tərcih edənlər məmnun olacaqlar. Nazirlər də xüsusilə vətəndaşları avtomobillərinə dəvət edir, hamı çox razıdır”, Ərdoğan deyib.
O, elektromobili dəyərləndirərkən ona laqeyd yanaşamamağı dəvət edib.