Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu

Meta Korporasiyasına daxil olan “Facebook” sosial media platforması ermənilərin inadla dünyaya “soyqırım” kimi təqdim etdikləri hadisələrlə bağlı saxta təbliğat aparmalarına mane olub.


Məlumata görə, erməni istifadəçilər profil şəkillərinə qondarma "soyqırım"la bağlı “xatirə çərçivələri” əlavə etmək istəyiblər. Erməni mətbuatının yazdığına görə, “Xatırlayıram və tələb edirəm” şüarı ilə xatirə çərçivələri hazırlanıb. Lakin Facebook onlara bu imkanı verməyərək ermənilərin saxta təbliğat layihəsinin qarşısını alıb.


Ermənilər çarəsizlikdən "Photoshop" kimi proqramlardan istifadə edərək fotolarına çərçivə əlavə etməyə məcbur olublar.


Meta şirkətinin düzgün qərarından hiddətlənən ermənilər indi bu işin arxasında “Azərbaycan və türk izi” axtarır. Onlar Ermənistan hakimiyyətini ölkədə sosial şəbəkəni bloklamağa çağırırlar.


Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı İmperiyasının 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törətdiyini iddia edir. Ankara dəfələrlə Ermənistanı arxivləri açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Amma Ermənistan hələ də Türkiyənin təklifinə cavab verməyib, çünki bu, ilk növbədə, onlar tərəfindən uydurulmuş və bilərəkdən saxtalaşdırılan hekayədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.