Biləsuvar şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (2009-cu il təvəllüdlü qız və 2013-cü il təvəllüdlü oğlan) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsi tibb müəssisəsində davam edir.
Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.