Azərbaycan və Rumıniya arasında memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.


Dövlət Məşğulluq Agentliyindən Senzor.az-a verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları, məşğulluq sahəsində aparılan islahatlar barədə məlumat verib. Azərbaycanda aktiv məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq proqramı çərçivəsində əhalinin sosial cəhətdən həssas qruplarına aid şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşsiz və işaxtaran şəxslərin əmək bazarında tələb olunan peşələr üzrə bacarıqlara yiyələnmələri üçün peşə hazırlığının təşkili işləri qeyd edilib.


Florin-Irinel Cotoşman təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. Azərbaycanla məşğulluq sahəsində də əməkdaşlığa, xüsusilə rəqəmsallaşma istiqamətində Azərbaycan təcrübəsindən yararlanmağa xüsusi önəm verdiklərini bildirib. Qurum rəhbəri, həmçinin Azərbaycanın DOST təcrübəsinin Rumıniyada da tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.


Görüşdə ötən ilin noyabrında Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan, 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planının əhəmiyyətindən bəhs olunub. Sənədə uyğun olaraq müxtəlif sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi, ikitərəfli məsləhətləşmələrin aparıldığı diqqətə çatdırılıb.


Görüşdən sonra Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşman tərəfindən iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalayıblar.


Memorandumda rəqəmsallaşmadan istifadə etməklə məşğulluq xidmətlərinin müasirləşdirilməsi və yeni onlayn mexanizmlərin işlənib hazırlanması, sosial cəhətdən həssas əhali qruplarından olan şəxslər üçün məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının təhlili, peşə təlimləri, karyera planlaşdırılması və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.