Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sədaqət Vəliyeva, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Ankara şəhərinin Əsənboğa Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Hüquq komissiyasının sədri Erol Kaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Türk Dövlətləri Parlament Assambleyasının iclasında çıxışı gözlənilir.