Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
“Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”, - deyə DYP rəsmisi vurğulayıb.