Mübariz Qurbanlı Məşədi Dadaş məscidi ətrafında müzakirələrə münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sosial şəbəkədə Məşədi Dadaş məscidi ətrafında gedən müzakirə və söz-söhbətlərə münasibət bildirib.


Senzor.az xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında bildirib ki, sözügedən mövzuda sosial şəbəkədə gedən məlumatlar yanlışdır:


"Deyirlər ki, Məşədi Dadaş icması oradan çıxarılıb və s. Bu fikirlər yanlışdır. Hazırda icmanın sədri də, üzvlər də Məşədi Dadaş məscidindədirlər. Məsciddəki icma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq", - o, əlavə edib.


Mübariz Qurbanlı məsciddən gedən adamların mərhum Hacı Şahinin ətrafında olan adamlar olduğunu qeyd edib: "Bu adamların hüquqi baxımdan Məşədi Dadaş məscidinə heç bir aidiyyəti yox idi. Onlar bundan sonra bir vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.