ABŞ-dan Azərbaycana 5 minaaxtaran it gətirildi

Təəssüflər olsun ki, işğaldan azad edilən ərazilərdə mina partlayışları baş verir.


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.


Onun sözlərinə görə, son bir həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib.


“Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, vətəndaşlar həmin ərazilərə daxil olurlar. Bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.


Agentlik sədri bildirib ki, son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün daha 5 təlim keçmiş it ölkəyə gətirilib.


“2021-ci idə ABŞ-ın bir institutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur”,- deyə o qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.