Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınacaq.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda çıxışı zamanı bildirib.
Prezident onu da qeyd edib ki, 21 il ərzində Vana 96 milyard lirəlik dövlət investisiyası yatırılıb və bundan sonra da Vanın inkişafı üçün dəstəklər davam edəcək.
Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.