Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən mağazalardan birində yanğın olması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın nəticəsində Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 26 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan geyim mağazasının zirzəmi hissəsində 30 kv.m sahədə geyim əşyaları və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.