Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Moskvaya rəsmi səfər edəcək.
Bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Paşinyan Moskvada Qələbə Gününə həsr olunan tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, Putin tacikistanlı həmkarı Emomali Rəhmonu da mərasimlə bağlı Moskvaya səfərə dəvət edib.