Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
Bu barədə Senzor.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanlarda iştirakı nəzərdə tutulan 47917 nəfərdən 385 nəfər imtahana gəlməyib. Bundan əlavə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.