Azərbaycan "SpaceX"in əməkdaşlığı ilə orbitə yeni peyklər buraxmağı planlayır.
Senzor.az xəbər verir ki, bunu "Azərkosmos" ASC-nin idarə heyətinin sədri Saməddin Əsədov ABŞ-nin “SpaceX” şirkəti ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasiminin kuluarlarında deyib.
Onun sözlərinə görə, Azərbaycan peykləri orbitə ABŞ-nin Falcon daşıyıcı raketinin köməyilə buraxılacaq.
"Həmçinin "SpaceX"in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvelin Bakıya səfəri çərçivəsində gələcək əməkdaşlıq imkanlarını, "SpaceX"in Bakıda keçiriləcək beynəlxalq konqresdə iştirakını müzakirə etdik", - deyə o əlavə edib.