“Türkiyədə məmurların maaşı 45% artacaq, minimum əmək haqqı isə 15 min lirə olacaq”.
“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il İctimai Kollektiv Əmək Müqaviləsi Çərçivə Anlaşması Protokolunun imzalanma mərasimində deyib.
“Bu kollektiv müqavilə çərçivəsində sosial təminat payı da daxil olmaqla, maaşları 45% artırırıq. Beləliklə, dövlət qulluqçusunun ən aşağı maaşı 15 min lirə olacaq”, - o bildirib.