"Qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bu gün - anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu bir gündə dərin ehtiramla yad edirik".
Bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında deyilir.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış lider olub.
“Onun vətənpərvərliyi, müdrikliyi və iradəsi sayəsində Azərbaycan siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda böyük tərəqqiyə nail olub. Heydər Əliyev qardaş türk dövlətlərini və xalqlarını bir araya gətirməkdə mühüm xidmətləri ilə Türk dünyasının memarlarından biridir” , - deyə TDT-dən bildirilib.