Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya səfər edəcək.
Bu barədə Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak APA-ya müsahibəsi zamanı məlumat verib.
Səfirin sözlərinə görə, rəsmi səfər bu ilin iyununda baş tutacaq: “Slovakiya 2019-cu ilin noyabr ayında Bakıda öz səfirliyini açıb və ölkələrimiz arasında biznesin təşviqi istiqamətində fəaliyyətimiz kifayət qədər intensivdir.
Bratislavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını gözləyirik. İnanırıq ki, bu, iyun ayında Azərbaycan xarici işlər nazirinizin Slovakiyaya rəsmi səfəri zamanı həyata keçiriləcək”.