Ceyhun Bayramov “Sülhün kökləri” təşkilatının rəhbəri Haydi Kün ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov minaların təmizlənməsi sahəsində humanitar fəaliyyət göstərən ABŞ-ın “Sülhün kökləri” humanitar təşkilatının təsisiçisi və rəhbəri Haydi Kün ilə görüşüb.


XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı, nazir Ceyhun Bayramov Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş təcavüzü nəticəsində Azərbaycana qarşı yaranmış mina təhdidləri barədə barədə müqabil tərəfə ətraflı məlumat verib.


Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi diqqətə çatdırılıb.

Mina təhdidlərinin 44 günlük Vətən müharibəsindən sonra bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə maneə olduğu vurğulanıb.


“Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri xanım Heidi Kün də öz növbəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün region üçün əhəmiyyətini vurğulayaraq, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərmək niyyətini bəyan edib.


Tərəflər daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.