Kür çayının sahilində gizli narkotik yetişdirdi

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb.


Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.


Neftçala Rayon Polis Şöbəsinə Kür çayının rayonun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan həmin kənd sakini Nəcib Məmmədov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb.


Həmin əraziyə keçirilən baxış zamanı hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.


Aşkar olunan faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.