Türkiyədə seçki prosesi zamanı iki nəfər ürəktutmasından vəfat edib.
Bu barədə "TRT HABER" xəbər verir.
Qeyd edilib ki, Rizedə 2023-cü il prezident və parlament seçkiləri üçün seçki məntəqəsi zabiti olan Şeref Kurt vəzifə başında olarkən, Trabzonda isə 75 yaşlı Aysel Ulusoy səsvermə zamanı ürəktutmasından vəfat edib.
Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.