Ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, mayın 15-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Qrız, Şahdağda, Daşkəsən rayonunun dağlıq ərazilərində isə qar yağıb.
Qeyd olunub ki, şimal-qərb küləyi 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,3 metrə çatıb.