NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu başa çatıb
YENİLƏNİB

NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (Deputy Permanent Representatives Committee - DPRC) enerji təhlükəsizliyi dialoqu yekunlaşıb.


Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə "Twitter"də yazıb.


"Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə NATO DPRC və Azərbaycan enerji təhlükəsizliyi dialoqu başa çatıb", - deyə Hüseynzadə qeyd edib.


Diplomat həmçinin onu da əlavə edib ki, Soltanov NATO-ya üzv dövlətlərin nümayəndələri ilə ölkəmizin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfənin hazırkı vəziyyəti və perspektivləri, yaşıl enerjiyə keçid barədə səmərəli fikir mübadiləsi aparıb.


Xatırladaq ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə NATO-nun Baş Qərargahında olub.


**16:17

Hazırda NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitterdə bildirib.


O qeyd edib ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə hazırda NATO-nun Baş Qərargahındadır.


Əlavə edib ki, Elnur Soltanov DNMK formatı çərçivəsində müttəfiqlərlə, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, eləcə də NATO-nun Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Maykl Rüle ilə görüşəcək.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.